Bank Of Baku

Azərbaycan qazının Gürcüstana ixrac olunmasına dair 5 illik müqavilə imzalanıb

Azərbaycan qazının Gürcüstana ixrac olunmasına dair 5 illik müqavilə imzalanıb
# 14 noyabr 2008 16:32 (UTC +04:00)
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycan və Gürcüstan arasında imzalanmış sənədlə bağlı bildirib ki, bu müqavilə ölkənin qazla 80% təmin olunmasını təmin edəcək. Bununla belə, o, vətəndaşlar üçün qazın qiymətində dəyişiklik olmayacağını deyib.

Təbii qazın Gürcüstana ixracatını ARDNŞ həyata keçirəcək. Hazırda ARDNŞ bu ölkəyə sutka ərzində 1,5 milyon kub/metr qaz göndərir. Daha 1 milyon “kub/metrədək qazı isə Gürcüstan Azərbaycanın “Şahdəniz” yatağından Cənubi Qafqaz qaz kəməri vasitəsilə alır.

Qeyd edək ki, 2008-ci ildə qaz təchizatına dair Azərbaycanla Gürcüstan arasında müqavilə bu ilin aprelində imzalanıb. Sənədə əsasən, ARDNŞ Gürcüstana 600 milyon kub-metr qaz göndərməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR