Bank Of Baku

Rusiya Azərbaycanın ixrac edəcəyi qazı tam həcmdə almağa hazırdır

Rusiya Azərbaycanın ixrac edəcəyi qazı tam həcmdə almağa hazırdır
# 25 dekabr 2008 07:30 (UTC +04:00)
«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu «Qazprom»un rəsmi nümayəndəsi Serqey Kupriyanov bildirib.
«Bizim Azərbaycana təkliflərimiz sərfəlidir və hazırda bu məsələyə dair danışıqlar aparılır. Bizdə bu cür qaz təchizatı üçün lazımi infrastruktur mövcuddur», - deyə S.Kupriyanov bildirib.
Buna baxmayaraq, «Qazprom» rəsmisi Azərbaycandan qazın hansı qiymətlə və nə vaxt alınacağını dəqiq açıqlamayıb.
Qeyd edək ki, bu yaxınlarda Moskvada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ilə «Qazprom» ASC-nin İdarə Heyətinin sədri Aleksey Miller arasında görüş keçirilib. Görüşdə tərəflər arasında qaz sahəsində strateji əməkdaşlıq məsələləri, o cümlədən uzunmüddətli əməkdaşlıq və 2009-cu ildə mümkün əlaqələr müzakirə olunub. Müzakirə zamanı bu məsələlərlə bağlı növbəti görüşün 2009-cu ilin yanvar ayının əvvəlində keçirilməsinə dair razılıq əldə olunub.
Xatırladaq ki, hazırda Azərbaycan «Şahdəniz» layihəsinin II mərhələsi çərçivəsində hasil edilən qazın ixracı ilə bağlı bir sıra ölkə ilə müzakirələr aparır. Bununla bağlı müxtəlif variantlar nəzərdən keçirilir ki, variantlardan biri hasil olunan qazın «Qazprom» şirkətinə, digəri isə Türkiyəyə satılmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR