Bank Of Baku

Azərbaycanın hərbi sənaye müəssisələrinin mütəxəssisləri Türkiyədə təcrübə toplayacaq

Azərbaycanın hərbi sənaye müəssisələrinin mütəxəssisləri Türkiyədə təcrübə toplayacaq
# 25 dekabr 2008 07:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın hərbi sənaye müəssisələrində çalışan mütəxəssislərin gələn ildən Türkiyənin hərbi müəssisələrinə təcrübə səfərləri təşkil olunacaq. Bu barədə «APA-Economics»ə Türkiyə Müdafiə Sənayesi Müstəşarlığı beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Lütfi Varoğlu məlumat verib.
L.Varoğlunun sözlərinə görə, Azərbaycana səfərlər çərçivəsində təcrübə mübadilələrinin aparılmasına dair müzakirələr aparılıb və razılıq əldə olunub.
«Razılaşmaya əsasən, Azərbaycanın hərbi müəssisələri əməkdaşlıq etdikləri Türkiyə şirkətlərinin müəssisələrinə müəyyən dövr üçün təcrübə keçməyə mütəxəssislərini göndərəcək. Artıq Türkiyənin beş şirkəti buna razılıq verib», - deyə L.Varoğlu əlavə edib.
Qarşılıqlı razılaşmaya uyğun olaraq, Azərbaycanın «Alov», «Telemexanika», «Radioquraşdırma», «İqlim», «Cihazqayırma» zavodlarının mütəxəssisləri Türkiyənin «Aselsan», FNSS, «SELEX», MKEK və «Roketsan» şirkətlərinin fabriklərində olaraq təcrübə mübadiləsi aparacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR