Bank Of Baku

Azərbaycan Ceyhan limanından «Azeri Light» markalı növbəti xam neft partiyasının satışına dair tender keçirir

Azərbaycan Ceyhan limanından «Azeri Light» markalı növbəti xam neft partiyasının satışına dair tender keçirir
# 25 dekabr 2008 08:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 1 mln. barel miqdarında «Azeri Light» markalı xam neft partiyasının 2009-cu ilin fevral ayının 1-5-də Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) ixracına dair marketinq sorğusu elan edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Dekabrın 26-da yekun vurulacaq sorğunun nəticələri dekabrın 27-də elan olunacaq.
Qeyd edək ki, Azərbaycan nefti Ceyhan limanına Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə nəql edilir. BTC 2006-cı ilin may ayında istismara verilib və Azərbaycan yüngül neftinin ixracı üçün əsas istiqamət sayılır. Uzunluğu 1 768 km təşkil edən kəmər üç ölkənin ərazisindən keçir - Azərbaycan (443 km), Gürcüstan (249 km), Türkiyə (1 076 km) və gündə 1 mln. barel nəqletmə gücünə malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR