Bank Of Baku

Azərbaycanın «Qarabağlı» və «Kürsəngi» neft yataqlarının ərazisində qazma şlamının rekultivasiyası aparılacaq

Azərbaycanın «Qarabağlı» və «Kürsəngi» neft yataqlarının ərazisində qazma şlamının rekultivasiyası aparılacaq
# 26 dekabr 2008 14:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Ekol Mühəndislik Xidmətləri» QSC ilə «Salyan Oyl» neft şirkətinin istismarında olan «Qarabağlı» və «Kürsəngi» yataqlarının mədən ərazilərində formalaşan karbohidrogen əsaslı qazma şlamının rekultivasiyasına dair müqavilə imzalanıb. Bu barədə «APA-Economics»ə «Ekol Mühəndislik Xidmətləri» QSC-dən məlumat verilib.
İlkin araşdırmalara görə, bu mədənlərin ərazisində 40 min kubmetrə qədər qazma şlamı var.
Layihənin icrasına 2009-cu il yanvar ayının 5-də başlanılması planlaşdırılır. İlk öncə mədən ərazilərində ekoloji monitorinq işləri aparıldıqdan sonra layihə-smeta sənədlərinin hazırlanmasına başlanılacaq. Layihənin icrası 2009-cu ilin dekabr ayında başa çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR