Bank Of Baku

Azərbaycan Gürcüstanın 30-dək qazpaylayıcı məntəqəsini idarəetməyə götürüb

Azərbaycan Gürcüstanın 30-dək qazpaylayıcı məntəqəsini idarəetməyə götürüb
# 26 dekabr 2008 14:34 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun verdiyi məlumata görə, müqaviləni ARDNŞ prezidenti Rövnəq Abdullayev və Gürcüstanın iqtisadi inkişaf naziri Laşa Jvaniya imzalayıblar.
L.Jvaniya bildirib ki, dünyada davam edən maliyyə böhranına baxmayaraq, Azərbaycan Gürcüstan iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən qazpaylayıcı sisteminə sərmayələr yatırır: «Bu da rəsmi Tiflis tərəfindən təqdir olunur».
R.Abdullayev isə qeyd edib ki, ARDNŞ Gürcüstanda idarəetməyə götürdüyü şəbəkəyə 40 mln. ABŞ dolları həcmində investisiya yatırmağı planlaşdırır. Bu investisiyalar hesabına yeni xətlərin tikintisi, mövcud şəbəkənin reabilitasiyası və s. işlərin həyata keçirilməsi planlaşdırılır.
Gürcüstana verilən qazın həcminə gəlincə, R.Abdullayev bu barədə konkret məlumat verməyib. ARDNŞ prezidentinin sözlərinə görə, yaxın gələcəkdə həyata keçiriləcək tədbirlər nəticəsində Gürcüstanın qaz abonentlərinin sayının 300 min artacağı gözlənilir. Qazın qiyməti isə bazar qiymətlərinə uyğun olacaq.
İmzalanmış müqavilədə Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrin də qazlaşdırılması məsələsi əksini tapıb.
R.Abdullayev bu gün Tiflisdə həmçinin «SOCAR Georgia» törəmə şirkətinin yeni yanacaqdoldurma məntəqəsi və Müştəri Xidmətləri Mərkəzinin açılışında iştirak edib.
Günün sonunda R.Abdullayevin Gürcüstanın baş naziri və prezidenti ilə görüşləri planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR