Bank Of Baku

Bakı İstilik Mərkəzi yanvar-noyabr aylarında 518 Hkal-dan artıq istilik enerjisi istehsal edib

Bakı İstilik Mərkəzi yanvar-noyabr aylarında 518 Hkal-dan artıq istilik enerjisi istehsal edib
# 26 dekabr 2008 14:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-noyabr aylarında «Bakı İstilik Mərkəzi»ndə 517,6 Hkal-dan artıq istilik enerjisi, 416,9 mln. kVt/saatdan artıq elektrik enerjisi istehsal olunub. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-dən məlumat verilib.
Ötən ay Mərkəz «Azərneftyağ» Neft Emalı Zavoduna 31,5 min Hkal-dən artıq istilik enerjisi verib. «Azəristiliktəchizat» ASC-yə isə 4 659 Hkal istilik enerjisi və kimyəvi təmizlənmiş 44,4 min tondan artıq bəsləmə suyu nəql olunub.
Qeyd edək ki, müəssisənin gücü istilik enerjisi istehsalını 3 dəfəyədək artırmağa imkan verir.
Qeyd edək ki, Bakı İEM-də hər birinin gücü 53,5 MVt olan 2 qaz turbini fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR