Bank Of Baku

Azərbaycanda Qafqazda analoqu olmayan şüşə zavodu işə başlayır- FOTO

Azərbaycanda Qafqazda analoqu olmayan şüşə zavodu işə başlayır- <font color=red>  FOTO </font>
# 27 dekabr 2008 07:42 (UTC +04:00)
Neftçala. Əlibəy Zeynallı - APA. Azərbaycanın Neftçala rayonunda «AzəriYod» Məhdud Məsuliyyətli Cəmiyyətin nəzdində «Dizayn Glass» MMC - şüşə emalı zavodu fəaliyyətə başlayıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna zavodun növbə rəisi Raci Ələkbərov məlumat verib.
Növbə rəisinin sözlərinə görə, ərazisi 4 min kv. metr olan zavodda İtaliya, Macarıstan və Çin istehsalı olan, şüşə məmulatları üzərində ən çətin əməliyyatları yerinə yetirən universal avadanlıq quraşdırılıb. Müəssisədə sifarişlər əsasında yüksək keyfiyyətlə şüşələrin kəsilməsi, rənglənməsi, hermetik 2 və ya 3 qat paketlənmə, xüsusi termik emaldan sonra zərbəyə davamlı və ümumilikdə 50-yə qədər emal əməliyyatının aparılması nəzərdə tutulur. İlkin mərhələdə zavodda əsasən yüksək temperatur altında cilalanmaqla, müxtəlif rənglərdə, sınmaya davamlı, yastı fasad şüşələri hazırlanacaq. Qafqazda analoqu olmayan bu müəssisə tam işə düşdükdən sonra isə bütün növ sifarişlər qəbul edəcək. Müəssisədə ay ərzində 18 min kv. metrdən çox şüşə emal ediləcək. Yaxın günlərdə isə Çindən gətirilmiş növbəti avadanlıq partiyasının quraşdırılmasına başlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR