Bank Of Baku

Rusiya Xəzəryanı Qaz Kəmərinin inşası sazişini təsdiqləyib

Rusiya Xəzəryanı Qaz Kəmərinin inşası sazişini təsdiqləyib
# 27 dekabr 2008 10:15 (UTC +04:00)
Moskva – APA. Rusiya prezidenti Dmitri Medvedev Xəzəryanı Qaz Kəmərinin inşasını nəzərdə tutan sazişi paraflayan qanunu təsdiqləyib. APA-nın «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, saziş ötən ilin dekabr ayının 20-də Rusiya, Qazaxıstan və Türkmənistan hökumətləri arasında imzalanıb. İnşa olunacaq boru kəməri ilə Xəzərin Türkmənistan və Qazaxıstan sektorlarında yerləşən yataqlardan hasil olunan qaz Rusiyaya nəql edilməsi planlaşdırılır. Ekspertlərin fikrincə, bu marşrutla hər il Türkmənistandan 30 mlrd. kubmetr, Qazaxıstandan isə 10 mlrd. kubmetrin nəql olunacağı gözlənilir.
Qeyd edək ki, kəmərin ümumi uzunluğu 1600 km təşkil edir. Bunun 10 km-i Rusiya, qalanı isə eyni hissələrlə Türkmənistan və Qazaxıstanda inşa olunacaq. Boru xəttinin inşasının artıq 2010-cu ildə başa çatdırılacağı gözlənilir. Saziş 2020-ci ilin dekabrın 21-dək qüvvədədir və sonradan daha da uzadıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR