Bank Of Baku

Rövnəq Abdullayev: «Azərbaycandan Türkiyə ixrac olunan qazın satış qiyməti çox aşağıdır»

Rövnəq Abdullayev: «Azərbaycandan Türkiyə ixrac olunan qazın satış qiyməti çox aşağıdır»
# 27 dekabr 2008 10:58 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə - APA. Azərbaycanda hasil olunaraq Bakı-Tiflis-Ərzurum boru kəməri ilə nəql edilən qazın Türkiyəyə satışı, o cümlədən satış qiyməti ilə bağlı rəsmi Ankara ilə danışıqlar aparılır. Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev APA-nın Gürcüstan bürosunun müxbirinin sualını cavablandırarkən bildirib.
R.Abdullayev qeyd edib ki, «Şahdəniz» qazının Gürcüstan və Türkiyəyə idxalını davam etdiriləcək: «Bu yataqdan gün ərzində 1 mln. kubmetr qaz Gürcüstana, 13,6 mln. kubmetr isə Türkiyəyə nəql olunur. Gələn il isə artım gözlənilir».
ARDNŞ prezidenti qazın satış qiyməti haqqında hazırda danışmaq istəmədiyini söyləyib: «Kommersiya sirri olduğundan, deyə bilmərəm. Amma satış qiyməti çox aşağıdır və bu səbəbdən də Türkiyə hökuməti ilə qiymətlərin artırılması barədə danışıqlar aparılır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR