Bank Of Baku

Türkiyə Azərbaycanı hərbi sənaye sektorunda iri layihələrin icrasına dəvət edib

Türkiyə Azərbaycanı hərbi sənaye sektorunda iri layihələrin icrasına dəvət edib
# 29 dekabr 2008 06:55 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə açıqlamasında Türkiyə Müdafiə Sənayesi Müştəşarlığının beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Lütfi Varoğlu məlumat verib. L.Varoğlunun sözlərinə görə, Türkiyə hökuməti müdafiə sənayesində yaxın illər üçün perspektiv layihələrini elan edib. Bu layihələrin bəzilərində Azərbaycanın da iştirakı mümkündür.
«Silahlı Qüvvələrin ehtiyaclarının ödənilməsi məqsədi ilə gerçəkləşdirilən bu layihələrdə iştirak ölkənin hərbi sənayesinin inkişafı üçün böyük əhəmiyyət daşıyacaq. Azərbaycanın iqtisadi vəziyyəti hərbi sektorda həyata keçirilən böyük layihələrdə iştirakına imkan verir», - deyə L.Varoğlu vurğulayıb.
L.Varoğlu Azərbaycanın dəvət olunduğu layihələri də açıqlayıb. Bunlar Yeni Nəsil Rabitə Sistemləri (Yeni Nəsil Telsiz), «Altay» Milli Tankı, MİLGEM gəmi, pilotsuz uçan aparatlar, Modern Piyada Tüfəngi layihələridir. Azərbaycan tərəfinin bu layihələrdən hansında iştirak edəcəyi 2009-cu ilin iyun ayında keçirilməsi nəzərdə tutulan toplantıda müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR