Bank Of Baku

Azərbaycan Ceyhan limanından «Azeri Light» markalı növbəti xam neft partiyasını «Taurus Petroleum» şirkəti alıb

Azərbaycan Ceyhan limanından «Azeri Light» markalı növbəti xam neft partiyasını «Taurus Petroleum» şirkəti alıb
# 29 dekabr 2008 06:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 mln. barel həcmində «Azeri Light» markalı xam neft partiyasının ixracına dair marketinq sorğusunu yekunlaşdırıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Sorğunun qalibi elan edilmiş «Taurus Petroleum» (İsveçrə) şirkəti 2009-cu ilin fevralın 1-5-də Ceyhan limanından 1 mln. barel həcmində xam neft partiyasının ixracını həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR