Bank Of Baku

Azərbaycan neft məhsullarının ixracını 9% azaldıb

Azərbaycan neft məhsullarının ixracını 9% azaldıb
# 29 dekabr 2008 08:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan xarici ölkələrə 43 574 824,1 min ABŞ dolları dəyərində 76 491 400,4 ton xam neft, 1 962 745,1 min dollar dəyərində 2 584 85,3 ton neft emalı məhsulları ixrac olunub. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İxrac olunan xam neftin həcmi 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 13 dəfə artıb, neft məhsullarının həcmi isə 8,6% azalıb.
Sayğac göstəricilərinə əsasən, xam neftin 13 005 560,2 tonu Şimal (Bakı-Novorossiysk), 375 518,7 tonu Qərb (Bakı-Supsa) marşrutu, 28 501 503,2 tonu Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri, 2 061 990,2 tonu isə dəmir yolu ilə nəql edilib.
Xam neft əsasən ARDNŞ (75,40%), ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (23,91%) tərəfindən ixrac olunub. Neft məhsullarının isə 86,15%-i ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin, 3,80%-i «QKSSS» MMC, 3,11%-i «Azneftyağ» İstehsalat Birliyi və 2,68%-i «Caspian Petrol-1» şirkətinin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR