Bank Of Baku

Neft qiyməti gələn ilin ikinci yarısında sabitləşəcək

Neft qiyməti gələn ilin ikinci yarısında sabitləşəcək
# 29 dekabr 2008 13:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya neft bazarında qiymətlərin sabitləşməsi və tədricən artmasını artıq 2009-cu ilin ikinci yarısında gözləmək olar. «APA-Economics»in məlumatında görə, bunu bildirən OPEC-in baş katibi Abdulla Əl-Bədri qeyd edib ki, 2010-cu ildə qiymətlər OPEC üçün arzu olunan səviyyəyə - 75 dollar/barel çata bilər.
Ümumilikdə, mütəxəssislər neftin qiymətinin gələn ilin əvvəllərində 25-30 dollara qədər düşməsini istisna etmir. Ekspertlər bunu ilk növbədə dünya iqtisadiyyatının geriləməsi və dolların ucuzlaşması ilə izah edirlər ki, bu da OPEC-i gələn ildə hasilatı yenidən azaltmağa məcbur edə bilər.
Eyni zamanda, gələn il neftə tələbat azalmaya da bilər, çünki dünya iqtisadi böhranın nəticələri inkişafda olan ölkələrə mənfi təsiri irimiqyaslı olmadığına görə, bu ölkələr inkişaf etmiş dövlətlərdə yaşanan istehsalın azalması fonunda öz istehsalatlarını artıra bilər. Nəticədə, gələn il neftin orta qiymətinin 55-60 dollar səviyyəsində olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR