Bank Of Baku

OPEC: Azərbaycan bu il gündəlik neft ixracını 20,7% artıra bilər

OPEC: Azərbaycan bu il gündəlik neft ixracını 20,7% artıra bilər
# 19 fevral 2009 11:07 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Bu il ərzində dünya bazarlarına çıxarılacaq Azərbaycan neftinin gündəlik həcmi 20,7% artaraq 1,005 mln. barelə çatdırılacaq. «APA-Economics»in məlumatına görə, bu barədə Neft ixrac edən ölkələr Təşkilatının (OPEC) xüsusi məruzəsində deyilir.
OPEC-in proqnozlarına əsasən, «qara qızıl»ın qiymətinin düşməsinə baxmayaraq, Azərbaycandakı neft şirkətləri ixrac potensialını gündəlik təxminən 180 min barel artıra biləcək. Bu göstərici yanvarda açıqlanan məcmu ixrac həcmindən 23 min barel azdır. Ümumi hesabda isə, yanvar-mart aylarında ölkədən neft ixracının gündəlik həcmi 1 mln. barel səviyyəsində proqnozlaşdırılır. «İkinci rübdə neft hasilatının gündəlik həcmi 1,06 mln. barelə, iyul-sentyabr aylarında – 1,05 mln. barelə, oktyabr-dekabr aylarında isə 1,1 mln. barelə bərabər olmalıdır», - deyə məruzədə bildirilir.
Maraqlıdır ki, Qazaxıstan neftinin ixracı üzrə OPEC-in proqnozları daha nikbindir. Təşkilatın hesablamalarına görə, qonşu ölkə dünya bazarlarına gündəlik əlavə olaraq 100 min barel «qara qızıl» çıxaracaq. Nəticədə, Qazaxıstanın gündəlik neft ixracının həcmi 1,52 mln. barel təşkil edəcək.
Ümumi hesabda OPEC üzvü olmayan ölkələrin ixracı gündə 50,89 mln. barel səviyyəsində ehtimal olunur və bu həcmdə keçmiş SSRİ respublikalarının payı 25% (12,72 mln. barel) ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR