Bank Of Baku

Azərbaycan Xəzər Dəniz Neft Donanması ötən il 573,6 min ton yük daşıyıb

Azərbaycan Xəzər Dəniz Neft Donanması ötən il 573,6 min ton yük daşıyıb
# 19 fevral 2009 14:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Xəzər Dəniz Neft Donanması tərəfindən 2008-ci ildə yükdaşımalar üzrə proqnoz 127,5% yerinə yetirilərək il ərzində 573 585 ton təşkil edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Hesabat dövründə Xəzər Dəniz Neft Donanmasının ümumi gəlir proqnozu il ərzində 115,3% yerinə yetirilib. O cümlədən, dəniz nəqliyyatı xidmətindən əldə olunan gəlir 105 717 513 manat təşkil edib.
Ötən il Donanmanın 87 gəmisində təmir işləri başa çatdırılıb, 32 gəminin təmiri isə davam etməkdədir. Ötən il ərzində Donanmanın müəssisələrində 15 251 409 manat dəyərində gəmi təmiri işləri görülüb. Gəmi Təmiri Zavodunda 13 945 312 manatlıq təmir işləri yerinə yetirilib.
Qeyd edək ki, 1 yanvar 2009-cu il tarixinə Xəzər Dəniz Neft Donanmasının balansında ümumi yük qaldırma qabiliyyəti 85 447,6 ton və 427 776,2 at gücünə malik olan 263 gəmi və 7 üzən vasitə (üzən emalatxana və tərsanə) olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR