Bank Of Baku

Azərbaycan yanvarda neftin nəqlini 2,6% azaldıb, qazın nəqlini isə 29,4% artırıb

Azərbaycan yanvarda neftin nəqlini 2,6% azaldıb, qazın nəqlini isə 29,4% artırıb
# 23 fevral 2009 07:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 3,7 mln. ton neft nəql edilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə nəqletmənin həcmi 2,6% azalıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 72,1%-i ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tiflis-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və ötən ay ərzində bu kəmər vasitəsilə Bakıdan 2,7 mln. ton və ya 6,7% az neft ötürülüb. Cari ilin yanvar ayında BTC kəməri ilə 161,1 min ton Qazaxıstan nefti ötürülüb.
Hesabat ayında magistral qaz kəmərləri ilə 1,1 mln. ton və ya əvvəlki ilin eyni ayı ilə müqayisədə 29,4% çox qaz nəql edilib. Nəql edilmiş qazın 1/3 hissəsi Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib, bu kəmərdən istifadə etməklə 514,9 mln. kubmetr qaz ötürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR