Bank Of Baku

Azərbaycan bu il «Ümid» yatağında qazma işlərinə başlayacaq

Azərbaycan bu il «Ümid» yatağında qazma işlərinə başlayacaq
# 23 fevral 2009 12:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu il Xəzərin ölkəyə aid milli sektorunda yerləşən «Ümid» yatağında qazma işlərinə başlamağı planlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib.
R.Abdullayevin sözlərinə görə, «Ümid» yatağında 200 mlrd. kubmetr qaz ehtiyatının olducu proqnozlaşdırılır.
Bundan başqa, hazırda ARDNŞ ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun alt laylarında qazın çıxarılması istiqamətində danışıqlar aparır.
R.Abdullayev yaxın günlərdə «Abşeron» strukturunun istismarına dair Fransanın «Total» şirkəti ilə müqavilənin imzalanacağını bildirib.
Qeyd edək ki, «Ümid» yatağında işlərə 2009-cu ilin aprelində başlanması planlaşdırılır. Burada 6 400 metr dərinliyində 6 qaz quyusu qazılacaq.
«Ümid» yatağı Bakıdan 80 km cənubda yerləşir. Burada suyun dərinliyi 100-300 metr, məhsuldar qatların dərinliyi isə 300-3500 metrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR