Bank Of Baku

Azərbaycan neft ixracını 1,8 dəfə, neft məhsullarının ixracını isə 3,9 dəfə azaldıb

Azərbaycan neft ixracını 1,8 dəfə, neft məhsullarının ixracını isə 3,9 dəfə azaldıb
# 24 fevral 2009 08:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycan 559 517,1 min ABŞ dolları dəyərində 1 960 077,7 ton xam neft, 63 370,7 min dollar dəyərində 196 902 ton neft məhsulları ixrac edib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Xam neftin 167 444 tonu Bakı-Novorossiysk, 383 033,8 tonu Bakı-Supsa, 2 340 852,9 tonu isə Bakı-Tiflis-Ceyhan kəmərləri, 45 773,9 tonu isə dəmir yolu vasitəsi ilə ixrac olunub.
İxrac olunmuş xam neft ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin payına düşüb. Neft məhsullarının ixracında isə əsas yeri ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (95,68%), «Azneftyağ» İstehsalat Birliyi (3,69%) və «Monolit-L» şirkəti (0,64%) tutub.
İxrac olunmuş xam neftin həcmi 2008-ci ilin yanvar ayı ilə müqayisədə 1,8 dəfə, neft məhsullarının həcmi 3,9 dəfə azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR