Bank Of Baku

Bakıda əhaliyə verilən qazın təzyiqi azaldılıb

Bakıda əhaliyə verilən qazın təzyiqi azaldılıb
# 24 fevral 2009 10:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün səhər saatlarından Bakı şəhərinin Nizami rayonunun bəzi məhəllələrinə təbii qazın verilməsi tamamilə dayandırılıb. Bu barədə «APA-Economics»ə rayon sakinləri məlumat veriblər.

Sakinlərə Nizami rayon Qaz İstismarı İdarəsindən qazın dayandırılmasını magistral kəmərin qəza nəticəsində sıradan çıxması ilə əlaqələndiriblər. İdarədən bildirilib ki, hazırda kəmərdə təmir işləri aparılır və işlər yekunlaşandan sonra qaz təchizatı bərpa olunacaq.

Bakı şəhər Baş İstehsalat Qaz İdarəsindən isə «APA-Economics»ə hər hansı qaz kəmərində qəza baş vermədiyini bildiriblər. «BakQaz»dan bildirilib ki, Nizami rayonunun bəzi məhəllələrinin qaz təchizatının dayandırılması rayonda ödənişlərin aşağı səviyyədə olması ilə bağlıdır. Bu səbəbdən «BakQaz» rayona verilən qazın təzyiqini azaldıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR