Bank Of Baku

Azərbaycanın növbəti xam neft partiyasını Novorossiysk limanından «Glencore Energy» şirkəti alıb

Azərbaycanın növbəti xam neft partiyasını Novorossiysk limanından «Glencore Energy» şirkəti alıb
# 25 fevral 2009 07:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin mart ayının 18-19-də Novorossiysk limanından (Qara dəniz, Rusiya) 1 mln. barel həcmində REBCO markalı xam neft partiyasının ixracına dair elan etdiyi marketinq sorğusunu yekunlaşdırıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Sorğunun nəticələrinə əsasən, Böyük Britaniyanın «Glencore Energy UK Ltd.» şirkəti qalib gəlib.
Qeyd edək ki, ARDNŞ Bakı-Novorossiysk kəməri ilə neftin ixracına 1997-ci ildə başlayıb. Bu kəmərlə ARDNŞ-in hasil etdiyi xam neft (Azeri Light) ixrac olunur. Neft bu kəmərlə nəql olunaraq Rusiya ərazisində «Transneft» şirkətinin kəmərlər sistemində Rusiya ixracatçılarının neftinə qarışır və Novorossiysk limanından REBCO (Rusiya xam neft növü) markası altında satılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR