Bank Of Baku

Koreya neft-kimya sahəsində Azərbaycanla əməkdaşlığa maraq göstərir

Koreya neft-kimya sahəsində Azərbaycanla əməkdaşlığa maraq göstərir
# 26 fevral 2009 09:29 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) Cənubi Koreyanın Azərbaycandakı səfiri Lü Kvanq-Çol ilə işgüzar görüş keçirilib.
AMEA–dan «APA-Economics»ə verilən məlumata əsasən, görüş zamanı səfir qeyd edib ki, onun ölkəsinin neft-qaz ehtiyatları olmasa da, emal sahəsi ilə bağlı yüksək keyfiyyətli avadanlıqlar istehsal etmək imkanları genişdir. Gələcəyin texnologiyası sayılan nanotexnologiya ilə əlaqədar NKPİ-də görülən işlərə öz münasibətini bildirən səfir bununla bağlı alimlərimizlə əməkdaşlıq etmək üçün bir neçə görüşlərin labüdlüyünü qeyd edib.
Tanışlıq məqsədi daşıyan bu görüşdə institutun direktoru akademik Musa Rüstəmov, AMEA-nın müxbir üzvləri Akif Əzizov, Vaqif Abbasov, Fəzilə Səmədova, Nazil Canıbəyov, Səadət Əsgərzadə və digərləri iştirak ediblər.
İnstitutun direktoru M.Rüstəmov qonaqlara xarici dövlətlərin institut və təşkilatları ilə birgə aparılmış elmi tədqiqatlar, bağlanmış kontraktlar, yeni elmi texnologiyalar, neft-kimya sahəsində alimlərimizin maraqlı işləri, onların uğurlu nəticələri barədə, o cümlədən analoqu olmayan Naftalan nefti, homogen katalizatorlar və nanokompozitlər haqqında qısa məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR