Bank Of Baku

Bu il Azərbaycanın «Azəri-Çıraq-Günəşli» yataqlar blokundan hasilat 3% artırılacaq

Bu il Azərbaycanın «Azəri-Çıraq-Günəşli» yataqlar blokundan hasilat 3% artırılacaq
# 26 fevral 2009 14:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNF) və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 2009-cu ildə «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokundan hasil ediləcək neftin həcmini təsdiqləyib. «APA-Economics»in məlumatına görə, bu barədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.
Ş.Mövsümovun sözlərinə görə, bu il «AÇG» blokundan 35 mln. ton neftin hasil edilməsi planlaşdırılır. ARDNF-in büdcə gəlirləri hesablanarkən bu rəqəm nəzərə alınıb.
Xatırladaq ki, ötən il bu yataqlar blokundan 34 mln. neft hasil olunub və bu il hasilatın təxminən 3% artacağı gözlənilir.
Qeyd edək ki, 2009-cu ilin yanvarın 1-nə ARDNF-in aktivləri 8 986,7 mln. manat (11 219,2 mln. ABŞ dolları) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR