Bank Of Baku

Azərbaycan prezidenti Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin təsdiq edilməsi haqqında fərman imzalayıb

Azərbaycan prezidenti Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin təsdiq edilməsi haqqında fərman imzalayıb
# 26 fevral 2009 21:36 (UTC +04:00)
DNF-nin 2009-cu il büdcəsinin gəlirlərinin formalaşdığı daxilolmalar da açıqlanıb. Gəlirlərin məbləği min manatla göstərilib.

1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)- 7 992 300,0

2. Neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə)- 150 784,0

3. Neft və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər-5 600,0

4. Dövlət Neft Fondunun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər-211 432,3

5. Digər gəlirlər və daxilolmalar-900,0

DNF-nin gəlirlərinin xərclənəcəyi istiqamətlər də göstərilib. Xərclərin məbləği də min manatla göstərilib.

1. Qaçqınların və məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi-80 000,0

2. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinə transfert-4 915 000,0

3. Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsi-100 000,0

4. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi-110,000,0

5. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi-80 000,0

6. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi-10 000,0

7. Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər-24 534,9
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR