Bank Of Baku

Şəkiyə təbii qazın verilişi dayandırılıb

Şəkiyə təbii qazın verilişi dayandırılıb
# 28 fevral 2009 07:51 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Şəkiyə təbii qazın verilişi dayandırılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon sakinləri məlumat verib. Rayon sakinlərinin sözlərinə görə, rayona təbii qazın verilməsi bu gün səhər saat 08.30 radələrindən dayanıb.

Qaz verilişində fasilə yarandığını Şəki rayon Qaz İstismarı İdarəsi (Qİİ) də təsdiqləyib. Buna səbəb rayonun Cəfərabad kəndi ərazisindən keçən qaz xəttində qaz sızmasının aşkarlanmasıdır.

Hazırda Şəki Qİİ-nin əməkdaşları hadisə yerində təmir işləri ilə məşğuldur. Axşam saatlarına qədər rayona təbii qazın verilməsinin bərpa ediləcəyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR