Nazirin sözlərinə görə, həmin iclasda neft qiymətlərinin yüksəlməsi problemi müzakirə olunacaq, lakin bunun hasilatın azaldılması hesabına həll edilməsi planlaşdırılmır. Sonuncu dəfə OPEC gündəlik neft hasilatı üzrə limitin 2 mln. barel həcmində azaldılmasına dair qərarı dekabrın 17-də qəbul edib ki, bu da müşahidəçilərin fikrincə, bazarda bir qədər sabitlik yaratsa da, qiymətlərin yüksəlməsinə gətirib çıxarmayıb.
Məlum olduğu kimi, OPEC üzvləri arasında neft hasilatı üzrə iki müxtəlif fikir mövcuddur. Məsələn, Venesuela hasilatın kəskin azaldılması ilə bazarda kəsir yaratmağın tərəfdarıdır, ərəb ölkələri isə nisbət yumşaq mövqedən çıxış edir.
Qeyd edək ki, 2009-cu ilin əvvəlindən neftin qiyməti 2,2% azalıb və bu, ötən ilin ikinci yarısında müşahidə olunan azalma ilə müqayisədə bazarın sabitliyi kimi qiymətləndirilə bilər: