Bank Of Baku

Azərbaycanın «Rebco» markalı növbəti xam neft partiyasını «Vitol» şirkəti alıb

Azərbaycanın «Rebco» markalı növbəti xam neft partiyasını «Vitol» şirkəti alıb
# 02 mart 2009 11:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 600 min barel həcmində «Rebco» markalı xam neft partiyasının ixracına dair marketinq sorğusunun nəticələrini elan edib.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, fevralın 25-də ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin martın 30-da Novorossiysk limanından (Qara dəniz, Rusiya) 600 min barel həcmində «Rebco» markalı xam neft partiyasının ixracına dair marketinq sorğusu elan edib. Sorğunun nəticələrinə əsasən, İsveçrənin «Vitol SA» şirkəti qalib elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR