Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən 2,9 mln. ton neft və 979,2 mln. kubmetr əmtəəlik təbii qaz hasil olunub. Ötən ilin ilk ayı ilə müqayisədə ABƏŞ neft hasilatını 9,4% azaldıb, qaz hasilatını isə 30,5% artırıb.
Neft və qaz hasilatının dinamikası
Bundan başqa, ötən il sənaye işçilərinin orta hesabla hər dörd nəfərindən biri mədənçıxarma sənayesində çalışıb, bu sahədə işləyənlərin orta aylıq əmək haqqı 1 003,5 manat, yaxud 2007-ci illə müqayisədə 18,6% çox olub.