Bank Of Baku

Azərbaycanın «Cənub» elektrik stansiyasında qaz turbinlərinin quraşdırılmasına başlanılıb

Azərbaycanın «Cənub» elektrik stansiyasında qaz turbinlərinin quraşdırılmasına başlanılıb
# 03 mart 2009 11:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Şirvan şəhərində «Cənub» elektrik stansiyasının qaz turbinlərinin quraşdırılmasına başlanılıb. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Artıq stansiyada inşaat işlərinin vaxtında və keyfiyyətlə aparılması üçün tikintini betonla təmin edən qovşaq istismara verilib. Stansiyada quraşdırılacaq avadanlıqların əraziyə gətirilməsi qrafiki təsdiq olunub.
Qeyd edək ki, stansiyada istehsal ediləcək elektrik enerjisini qapalı paylayıcı quruluşa ötürmək üçün 28 transformator quraşdırılacaq. Onlardan 14-ü artıq əraziyə gətirilib.
Stansiyada həm qaz, həm də mazut yanacağı ilə işləyən ABŞ-ın «General Electrik» şirkətinin istehsalı olan qaz turbinləri quraşdırılacaq.
Qeyd edək ki, «Cənub» elektrik stansiyasının tikintisinə 2007-ci il dekabrın 24-də başlanılıb. Stansiya qaz-buxar turbinləri, qaz kompressoru, inzibati bina, hovuz, avtodayanacaq, park, yanğınsöndürmə məntəqəsi, 110, 220 və 330 kV-luq yardımçı stansiyalar və s. ibarət olacaq. Gücü 780 MVt olacaq stansiya 2009-cu ildə istifadəyə veriləcək. Stansiyanın tikintisi «açar təhvili» prinsipi ilə Azərbaycanın «Azenko» şirkəti tərəfindən aparılır. Stansiyadakı qaz turbinləri isə ABŞ istehsalıdır. Layihənin ümumi dəyəri 600 mln. avroya yaxındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR