Bank Of Baku

Bakıda Azərbaycan qazının Türkiyə ərazisi ilə İtaliyaya ixracına dair baş nazirlər səviyyəsində üçtərəfli görüş keçirilə bilər

Bakıda Azərbaycan qazının Türkiyə ərazisi ilə İtaliyaya ixracına dair baş nazirlər səviyyəsində üçtərəfli görüş keçirilə bilər
# 03 mart 2009 14:07 (UTC +04:00)
Görüşdə Azərbaycanla İtaliya arasında energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı maraq doğuran layihələr haqqında geniş fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı İtaliyanın «Edison» şirkətinin Azərbaycanda geniş fəaliyyətindən bəhs edilib.
N.Əliyev qeyd edib ki, rəsmi Bakı İtaliya şirkətlərinin Azərbaycanın neft-qaz layihələrində fəal iştirakını bundan sonra da dəstəkləyəcək. Nazir bildirib ki, Azərbaycan 2009-cu ildə 24 mlrd. kubmetr qaz hasil etməyi planlaşdırır ki, bunun 9 mlrd. kubmetrinin «Şahdəniz» yatağından çıxarılması gözlənilir. «Şahdəniz» layihəsinin ikinci fazasının işlənməsinə qərar verildikdən sonra Azərbaycan öz qazını Avropaya, o cümlədən Yunanıstan və İtaliyaya nəql etmək niyyətindədir və bu layihənin reallaşması üçün hazırda Türkiyə hökuməti ilə intensiv danışıqlar aparılır.
A.Mantika isə öz növbəsində ölkəsinin Azərbaycandan qaz idxal etmək niyyətini ifadə edib. Rəsmi Romanın nəql məsələlərinin tez bir zamanda müəyyən edilməsi üçün Türkiyə hökuməti ilə də fəal əməkdaşlıq etdiyini deyən nazir müavini bu məqsədlə baş naziri Silvio Berluskoninin Türkiyənin baş nazirinə məktubla müraciət etdiyini bildirib. Nazir müavini görüşdə qaz nəqli sahəsində danışıqların tez bir zamanda uğurla başa çatdırılmasını təmin etmək məqsədi ilə İtaliya və Türkiyənin baş nazirlərinin iştirakı ilə Bakıda üçtərəfli danışıqların aparılması təklifi ilə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR