Bank Of Baku

Azərbaycanın Xəzərdəki «Neft Daşları» yatağında yeni platforma quraşdırılacaq

Azərbaycanın Xəzərdəki «Neft Daşları» yatağında yeni platforma quraşdırılacaq
# 04 mart 2009 06:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Xəzər dənizindəki «Neft Daşları» yatağında yeni platforma quraşdırılacaq. Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda hazırlanmış 2521 №-li iki bloklu platformanın birinci bloku «General Əliağa Şıxlinski» kran gəmisi vasitəsi ilə «Neft Daşları» yatağına nəql edilib. Platformanın layihələndirilməsində, yüklənməsində və daşınmasında iştirak edən mütəxəssislərin bildirdiklərinə görə, 2 521 №-li platforma dənizin 18,5 metr dərinliyində quraşdırılacaq və buradan 12 quyu qazılacaq. Əgər bu ərazidə neft ehtiyatlarının çox olduğu müəyyənləşərsə, platformadan 14 quyu da qazmaq mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR