Bank Of Baku

Azərbaycan Bakı-Novorossiysk kəməri ilə neftin ixracını 32% artırıb

Azərbaycan Bakı-Novorossiysk kəməri ilə neftin ixracını 32% artırıb
# 04 mart 2009 06:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2009-cu ilin fevral ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 218 453 ton xam neft ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Fevral ayında şimal istiqamətindən ARDNŞ-in ixrac etdiyi xam neftin həcmi 2008-ci ilin fevral ayı ilə müqayisədə 32,2% çox olub.
Cari ilin yanvar-fevral aylarında həmin istiqamətdə 385 640 ton neft ixrac edilib. Fevral ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 43,07 dollara, Ural nefti – 42,32 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 bareli isə 44 dollara satılıb.
Qeyd edək ki, Bakı-Novorossiysk neft kəməri ilə ARDNŞ tərəfindən xam neftin ixracı 1997-ci ildə başlanıb. Şimal marşrutu ilə nəql olunan ARDNŞ xam nefti Rusiya ərazisində «Transneft» şirkətinin kəmərlər sistemində Rusiya ixracatçıların nefti ilə qarışır və Novorossiysk limanından Urals xam neft markası altında satılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR