Bank Of Baku

Azərbaycan fevralda neft məhsullarının ixracını 9,3% artırıb

Azərbaycan fevralda neft məhsullarının ixracını 9,3% artırıb
# 04 mart 2009 07:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 210,082 min ton neft məhsulu ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9,3% çoxdur.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında şirkət 17,703 min ton avtomobil benzini, 154,574 min ton dizel yanacağı, 37,223 ton təyyarə yanacağı, 582 ton soba mazutu ixrac edib.
Ümumilikdə, 2009-cu ilin yanvar-fevral ayları ərzində ARDNŞ tərəfindən 33,609 min ton avtomobil benzini, 283,336 min ton dizel yanacağı, 83,972 min ton təyyarə yanacağı, 582 ton soba mazutu ixrac olunub.
Cari ilin fevral ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 412,93 ABŞ dolları, təyyarə yanacağının – 416,36 dollar, dizel yanacağının – 371,61 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 247,20 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR