Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti kütləvi iməciliklərə başlayır

Azərbaycan Dövlət Neft Şirkəti kütləvi iməciliklərə başlayır
# 04 mart 2009 07:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) mədənlərin, zavodların və digər neft-qaz sənayesi obyektlərinin ərazilərində iməciliklər keçirəcək. Tədbirlər «Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı»na uyğun olaraq ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə təşkil olunacaq.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ARDNŞ qarşısında duran mühüm vəzifələrdən biri də Abşeron yarımasında neftlə çirklənmiş mədən ərazilərində ekoloji tarazlığın bərpası və reabilitasiyası istiqamətində kompleks tədbirlər həyata keçirməkdən ibarətdir. Belə ki, şirkət hər il genişmiqyaslı rekultivasiya və yaşıllaşdırma proqramı həyata keçirir.
Qarşıdan gələn Novruz bayramı ərəfəsində ARDNŞ-in idarə və müəssisələrinin əməkçiləri hər həftənin şənbə günü «Novruz ənənələrinə sadiq qalaq» devizi altında mədənlərin, zavodların və digər neft-qaz sənayesi obyektlərinin ərazisində iməciliklər keçirməyi planlaşdırır. Birinci iməciliyin martın 7-də neftdən təmizlənmiş Bibiheybət ərazisində keçirilməsi nəzərdə tutulur. ARDNŞ prezidenti Rövnəq Abdullayevin, şirkətin vitse-prezidentlərinin də qatılacaqları bu tədbirdə 1 000-ə yaxın müxtəlif növ ağac və tinglər əkiləcək, ərazidə abadlıq, təmizlik işləri görüləcək. İməcilikdə ARDNŞ-ın idarə və müəssisələrinin 1 min nəfərdən artıq əməkdaşı iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR