Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ölkədə 2,054 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub, onun 5,3%-i su elektrik stansiyaları, 94,7%-i isə istilik elektrik stansiyalarının payına düşüb.
Elektrik enerjisi istehsalının dinamikası, (mln. kVt/saat):
Cari ilin fevralın 1-i vəziyyətinə ölkənin əsas istehlakçılarında 323 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 25,7% çox mazut yanacağı, 12,3 min ton və ya 17,1% çox dizel yanacağı, 16,9 min ton və ya 39,7% çox avtomobil benzini, 1 000 ton və ya 11,1% çox sürtgü yağları, 1,5 min ton və ya 7,1% çox maye qaz, 7,4 min ton və ya 2 dəfə çox daş kömür ehtiyatı olub.
Ötən il ərzində «Azərenerji» ASC-nin istilik elektrik stansiyaları tərəfindən 5 040,3 mln. kubmetr təbii qaz (2007-ci illə müqayisədə 11,6% çox) və 451,8 min ton mazut yanacağı (55,5% az) sərf edilib.