Bank Of Baku

Natiq Əliyevin OPEK-in konfransında iştirakı gözlənilir

Natiq Əliyevin OPEK-in konfransında iştirakı gözlənilir
# 04 mart 2009 10:34 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin neft ixrac edən ölkələrin təşkilatı – OPEK-in konfransında iştirakı gözlənilir. Bu barədə APA-ya Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov məlumat verib. OPEK üzvü olan ölkələrin nazirlərinin konfransı martın 15-də keçiriləcək. N. Əliyevin OPEK-in martın 18-19-da keçiriləcək 4-cü beynəlxalq seminarında iştirakı da planlaşdırılır. Səfir N. Əliyevin Vyanada bir sıra ikitərəfli görüşlər keçirə biləcəyini də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR