Bank Of Baku

Azərbaycanda istehlakçılara göndərilən neft emalı məhsullarının həcmi yanvarda azalıb

Azərbaycanda istehlakçılara göndərilən neft emalı məhsullarının həcmi yanvarda azalıb
# 05 mart 2009 09:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycan istehlakçılarına 353,8 min ton neft emalı məhsulları göndərilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ilin eyni dövrü ilə müqayisədə istehlakçılara avtomobil benzini 33,6%, sürtgü yağları 40,8%, mayeləşdirilmiş neft qazları 4,9%, neft bitumu 2,7 dəfə çox, dizel yanacağı 18,4%, aviasiya üçün və sair ağ neft 37,6%, mazut yanacağı 40,1% az göndərilib.
Aviasiya üçün ağ neftin hamısı «Azərbaycan Hava Yolları» QSC-yə (AZAL), sürtgü yağlarının 17,7%-i, dizel yanacağının 40,1%-i, avtomobil benzininin 20,1%-i, mazut yanacağının 1,2%-i Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyat İdarəsinə, avtomobil benzininin 53,4%-i, dizel yanacağının 35%-i «Azpetrol Holding»ə, avtomobil benzininin 16,7%-i, dizel yanacağının 15,6%-i «LUKoil» ASC-yə, sürtgü yağlarının 13,8%-i, dizel yanacağının 4%-i Dövlət Xəzər Dəniz Gəmiçiliyinə, mazut yanacağının 77,6%-i «Azərenerji» ASC-yə, 19,8%-i məhsul istehsalı üçün Bakı Neft Emalı Zavoduna, sürtgü yağlarının 68,5%-i, dizel yanacağının 5,3%-i, mazut yanacağının 1,4%-i, avtomobil benzininin 9,8%-i özəl təşkilatlara göndərilib.
Marketinq və İqtisadi Əməliyyat İdarəsi 2009-cu ilin yanvar ayında neft emalı zavodlarından daxil olan avtomobil benzininin 88,2%-ni, mazut yanacağının 65,5%-ni, dizel yanacağının 35,5%-ni, ağ neftin 2,9%-ni özəl təşkilatlara realizə edib.
Ölkə istehlakçılarına neft emalı məhsullarının buraxılışı (ton):


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR