Bank Of Baku

Fevralda Azərbaycanda 1,8 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal olunub

Fevralda Azərbaycanda 1,8 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal olunub
# 05 mart 2009 12:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayı ərzində Azərbaycanın enerji sistemində 1,8 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib.
«Azərenerji» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, göstərilən həcmdən istilik elektrik stansiyalarının payına 1,6 mlrd. kVt/saatdan artıq, su elektrik stansiyalarının payına isə 0,2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsalı düşür. Bununla yanaşı, ay ərzində Rusiya, İran və Gürcüstanla elektrik enerjisi mübadiləsi davam etdirilib.
Qeyd edək ki, 2009-cu ilin yanvar-fevral ayları ərzində ölkənin enerji sistemində 4 mlrd. kVt/saata yaxın enerji istehsal edilib. Bu həcmin 3,7 mlrd. kVt/saata yaxın istilik elektrik stansiyalarının payına, 0,3 mlrd. kVt/saata yaxın isə su elektrik stansiyalarının payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR