Bank Of Baku

Yanvarda Azərbaycanda emal sənayesi üzrə məhsul istehsalçılarının qiymət indeksi 0,6% düşüb

Yanvarda Azərbaycanda emal sənayesi üzrə məhsul istehsalçılarının qiymət indeksi 0,6% düşüb
# 05 mart 2009 13:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi 2008-ci ilin dekabr ayına nisbətən 99,4% təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu bölmədə istehsalçı qiymətləri neft və qaz hasilatı üzrə 0,6% ucuzlaşıb, mədənçıxarma sənayesinin digər sahələri üzrə isə 2,4% bahalaşıb.
Yanvar ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 98,5% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri metallurgiya sənayesi və hazır metal məmulatların istehsalı üzrə 8,5%, emal sənayesinin digər sahələri üzrə 4,9%, içki və tütün də daxil olmaqla qida məhsullarının istehsalı üzrə 1,9%, elektrik avadanlığı, optik və elektron avadanlıqların istehsalı üzrə 1,2%, sellüloz-kağız istehsalı və nəşriyyat işi üzrə isə 0,2% ucuzlaşıb, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı üzrə 7,5%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,5% bahalaşıb.
Ay ərzində elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində istehsalçı qiymətləri 100,2% təşkil edib.

Sənaye məhsullarının istehsalçı qiymətləri indekslərinin sahələr üzrə dəyişməsi (əvvəlki aya nisbətən, %-lə)


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR