Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı apreldə «Qaradağ Sement» ASC-yə kreditin ayrılması məsələsinə baxacaq

Avropa Yenidənqurma və İnkişaf Bankı apreldə «Qaradağ Sement» ASC-yə kreditin ayrılması məsələsinə baxacaq
# 10 mart 2009 13:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayının 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası Azərbaycanın aparıcı sement istehsalçısı olan «Qaradağ Sement» ASC-yə 170 mln. avro məbləğində kreditin ayrılması məsələsinə baxacaq.
AYİB-in Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, kredit şirkətin modernləşməsi və inkişafına yönəldiləcək. Belə ki, «Qaradağ Sement» şirkəti gündəlik klinker istehsalını 2 616 tondan 4 min tonadək, həmçinin sement istehsalını 1,1 mln. tondan 1,7 mln. tonadək artırmağı planlaşdırır. AYİB kreditin 150 mln. avrosunu digər banklardan cəlb edəcək, 20 mln. avrosunu isə öz vəsaitindən ödəyəcək. Bundan başqa, «Qaradağ Sement» zavodunun 1999-cu ildə 86% səhmini əldə edən İsveçrənin «Holcim» şirkəti də 30 mln. avro məbləğində vəsait ayıracaq.
Qeyd edək ki, «Qaradağ Sement» ASC-nin əsas səhmdarları rolunda «Holcim» (76%), AYİB (10%) və Azərbaycan İnvestisiya Şirkəti (10%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR