Bank Of Baku

Türkiyədə beynəlxalq neft-qaz konfransı keçirilir

Türkiyədə beynəlxalq neft-qaz konfransı keçirilir
# 11 mart 2009 06:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Ankarada VIII Türkiyə Beynəlxalq Neft və Qaz Konfransı (TUROGE) işə başlayıb. Bu barədə «APA-Economics»ə sərginin təşkilat komitəsindən məlumat verilib.
Martın 13-dək davam edəcək konfransda TPAO, «BOTAŞ», BP, «Chevron», «Exxonmobil», «Fenwick Elliot», «Grup Servicii Petroliere» (GSP), RWE, «GDF SUEZ», OMV kimi şirkətlərin nümayəndələri iştirak edəcəklər. Konfransa Türkiyə, Rusiya, Qazaxıstan, ABŞ, Böyük Britaniya, Fransa, İran, Bolqarıstan, Avstriya, Rumıniya və Macarıstandan nümayəndə heyətlərinin qatılacağı gözlənilir.
Türkiyənin Enerji və Təbii Qaynaqlar Nazirliyinin egidası altında keçiriləcək konfransın birinci günündə Qara və Aralıq dənizləri hövzələrində geoloji araşdırmalar, Qara dəniz regionunda neft-qaz infrastrukturunun inkişafı, logistika, Türkiyənin neft-qaz sektoruna investisiya yatırımları, 2020-ci ilədək investisiya planları müzakirə olunacaq.
Konfransın ikinci günü «Regionda enerji təhlükəsizliyi: Geosiyasi perspektivlər», «Regionda təchizatın təhlükəsizliyi», «Türkiyə regionda aparıcı dövlət kimi: «Nabucco» kəmərinin gələcəyi», «Avropa İttifaqına qaz nəqli: alternativ marşrutlara tələbat», «Regional əməkdaşlıq: Rusiya və Qazaxıstan», «Rusiya-Ukrayna qaz böhranından və Budapeşt Sammitindən sonra «Nabucco» layihəsi», «Regionda enerji təhlükəsizliyi: Avropaya enerji təchizatının müxtəlifliyi», Bakı-Tiflis-Ərzurum qaz boru kəməri, «Mavi Axın» layihəsi çərçivəsində Rusiya ilə əməkdaşlıq, regionda planlaşdırılan boru kəməri layihələri, Şərq-Qərb enerji dəhlizi, Transxəzər, Samsun-Ceyhan, Transadriatik kəmərləri və s. müzakirə ediləcək.
Azərbaycanın Sənaye və Energetika Nazirliyi və Dövlət Neft Şirkətindən isə «APA-Economics»ə bildirilib ki, tədbirdə ölkəmizi təmsil edən rəsmi nümayəndə heyəti iştirak etməyəcək. Xatırladaq ki, ötən il də martda Ankarada keçirilən «TUROGE-2008» beynəlxalq neft-qaz konfransında Azərbaycan təmsilçiləri iştirak etməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR