Bank Of Baku

Dərin Özüllər Zavodunda «Ümid-1» platformasında yerləşdiriləcək texnoloji avadanlıqların birinci hissəsi kran-gəmisi ilə yola salınıb

Dərin Özüllər Zavodunda «Ümid-1» platformasında yerləşdiriləcək texnoloji avadanlıqların birinci hissəsi kran-gəmisi ilə yola salınıb
# 12 mart 2009 11:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Heydər Əliyev adına Dərin Özüllər Zavodunda «Ümid-1» platformasında yerləşdiriləcək texnoloji avadanlıqların birinci hissəsi «General Əliağa Şıxlinski» kran-gəmisi ilə yola salınıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, bu platforma ötən ilin sonunda «Ümid» qaz kondensat yatağında - dənizin 58 metr dərinliyində yerləşdirilib. Yola salınan sənaye-texnoloji avadanlıqlar 8 nəhəng modulun içərisində quraşdırılıb ki, ikimərtəbəli ev böyüklükdə olan həmin modulların da hər birinin çəkisi 300-460 tondur. İlk reyslə göndərilmiş 4 modulda qazma avadanlığı, nasoslar və çoxtonlu tutuma malik çənlər quraşdırılıb. Bu modullar platformanın aşağı hissəsində yerləşdiriləcək. İkinci reyslə daha 4 texnoloji modul göndəriləcək ki, onların da üzərində bütün enerji avadanlığı – avtonom elektrik stansiyası, paylaşdırıcı şəbəkə və digər infrastruktur quraşdırılıb.
Artıq müasir mebellər, soyuducu, televizor, kondisionerlə tam təchiz olunmuş üçmərtəbəli yaşayış evi də yola salınmağa hazırdır. Eyni zamanda yeməkxana, çörəkbişirmə sexi, idman zalı, paltartəmizləmə və ehtiyatların saxlanması üçün anbardan ibarət sosial təyinatlı bina da «Ümid-1» platformasına göndərilmək növbəsini gözləyir. Yaşayış blokunda quraşdırılacaq vertolyot meydançası Dərin Özüllər Zavodunda inşa olunub. «Ümid» yatağında ilk kəşfiyyat quyusunun qazılacağı qazma qurğusu da hazırda zavodun yanalma körpüsündədir. Platformanın sifarişçisi Nərimanov adına NQÇİ, baş podratçısı isə «Neftqaztikinti» trestidir. Hazırda trestin 50 işçisi platformanın üst hissəsinin montaj və bərkitmə işlərini həyata keçirmək üçün səfərbər edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR