Bank Of Baku

OPEC: Neftə tələbat kəskin azalacaq

OPEC: Neftə tələbat kəskin azalacaq
# 13 mart 2009 15:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Neft İxracatçısı Ölkələri Təşkilatı (OPEC) son hesabatında dünyada neftə olan tələbatın əvvəlki proqnozlara nisbətən kəskin sürətlə azaldığını vurğulayıb. «APA-Economics»in «Reuters» agentliyinə istinadən verdiyi məlumata görə, həmin hesabatda OPEC 2009-cu ildə neftə olan gündəlik tələbatın 1,01 mln. barel azalaraq 84,61 mln. barelə düşəcəyini bəyan edir. Əvvəlki proqnoza əsasən, tələbatın azalması 580 min barel səviyyəsində gözlənilirdi.
OPEC-in hesabatında həmçinin bildirilir ki, maliyyə və iqtisadi böhran şəraitində neft bazarına mənfi təsir yaxın zamanlarda daha da güclənəcək. Təşkilat mütəxəssislərinin fikrincə, neft qiymətləri bu sahəyə investisiyaların təmin olunması üçün yetərli səviyyədə qalmalıdır.
Martın 15-də keçiriləcək OPEC-in növbəti iclası ərəfəsində bu cür bəyanat və proqnozların açıqlanması toplantıda neft hasilatının azaldılması barədə qərarın qəbul edilməsi ehtimallarını artırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR