Bank Of Baku

Azərbaycan OPEC-in iclasında iştirak edib

Azərbaycan OPEC-in iclasında iştirak edib
# 16 mart 2009 07:03 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Neft İxracatçıları Ölkələri Təşkilatının (OPEC) Vyanada (Avstriya) keçirilən növbəti illik konfransında iştirak edib. Bu barədə «APA-Economics»ə Azərbaycan Sənaye və Energetika Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, N.Əliyev OPEC-in forumunda geniş məruzə ilə çıxış edib. Nazir məruzəsində bildirib ki, Azərbaycan neft istehsalına görə dünyada 10-cu, neft ixracının həcminə görə 7-ci, neft emalının həcminə görə 10-cu yerdədir. Ötən il ölkədə 45 mln. ton neft hasil edilsə də, 2010-cu ildə bu göstərici 65 mln. tona çatdırılacaq. N.Əliyevin sözlərinə görə, Azərbaycan gələcəkdə Avrasiya neft nəqli dəhlizi sistemi vasitəsilə enerji daşıyıcılarının dünya bazarlarına çıxarılmasında da mühüm rol oynamaq imkanına malik olan ölkədir.
Konfrans çərçivəsində N.Əliyev OPEC-in baş katibi Abdulla Səlim əl-Bədri, OPEC-in Beynəlxalq İnkişaf Fondunun baş direktoru Süleyman əl-Hərbiş, Rusiyanın energetika naziri Sergey Şmatko və digər yüksək səviyyəli nümayəndələrlə ikitərəfli işçi görüşləri keçirib.
Qeyd edək ki, bu ilin may ayınadək OPEC üzvü olan ölkələr arasında neft hasilatı kvotaları əvvəlki səviyyədə saxlanılıb. Təşkilatın mənzil qərargahının məlumatına görə, bu kvota gündəlik 24,84 mln. barel təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR