Bank Of Baku

Ermənistan Türkiyəyə elektrik enerjisi ixracına başlayır

Ermənistan Türkiyəyə elektrik enerjisi ixracına başlayır
# 17 mart 2009 09:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ermənistan yaxın vaxtlarda Türkiyəyə elektrik enerjisi ixracına başlayacaq. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Ermənistan KİV-ləri bu ölkənin Energetika və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat yayıb.
Artıq enerji ixracı ilə bağlı bütün texniki məsələlər həll olunub. Türkiyə tərəfi müvafiq işləri başa çatdırandan sonra enerjinin nəqlinə başlanacaq.
Qeyd edək ki, Türkiyənin UNİT şirkəti ölkə prezidenti Abdulla Gülün ötən ilin sentyabr ayında İrəvana səfəri çərçivəsində enerji alqı-satqısına dair Ermənistan Energetika və Təbii Sərvətlər Nazirliyi və «Ermənistan Yüksək Gərginlikli Elektrik Şəbəkəsi» ASC ilə müqavilə imzalayıb. Müqavilə çərçivəsində Ermənistan Türkiyənin Qars vilayətinə ildə 1,5 mlrd. kVt/saat elektrik enerjisi verəcək. Növbəti illərdə bu həcmin 3,5 mlrd. kVt/saata çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR