Bank Of Baku

Azərbaycanın sənaye istehsalında mədənçıxarma sektorunun payı azalır

Azərbaycanın sənaye istehsalında mədənçıxarma sektorunun payı azalır
# 17 mart 2009 13:39 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanın mədənçıxarma sənayesində son bir ildə istehsal həcminin 46,1% səviyyəsində enməsi qeydə alınıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Komitənin hesablamalarına əsasən, 2009-cu ilin yanvar-fevral aylarında həcmi 2 670,7 mln. manat təşkil edən ölkə sənayesinin məhsul və xidmət istehsalında 61,1% məhz mədənçıxarma sektorunun payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mədənçıxarma sahəsinin xüsusi çəkisi təxminən 14 faiz bəndi enib, bu sahələrdə istehsal həcmi isə son bir ildə mütləq ifadədə 1 396,03 mln. manat azalıb. İstehsal həcmlərinin mədənçıxarma sənayesində 1,85 dəfə azalması neft sektorunda müşahidə olunan qiymətlərin enməsi ilə bağlıdır.

Xatırladaq ki, son bir ildə məhsul istehsalçıları qiymətlərinin ən böyük azalması məhz sənayenin mədənçıxarma sahəsində qeydə alınıb – 56,6%. Maraqlıdır ki, ümumilikdə ölkə üzrə sabit qiymətlərlə DSK tərəfindən hesablanan mədənçıxarma sənayesində istehsal həcmlərinin mənfi dinamikası yalnız 2,6% səviyyəsində göstərilir.

Əlavə edək ki, 2008-ci ilin yanvar-fevral aylarında neft sektorunda 12,4%-ik artım qeydə alınıb, istehsalın artımı neftin hasilatında 12,1%, qazın hasilatında isə 2 dəfə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR