DSK-dan bildirilib ki, təkcə fevral ayında yanvara nisbətən sənaye məhsulları istehsalçılarının qiymət indeksi 0,3% düşüb. Xatırladaq ki, 2008-ci ilin fevral ayında sənaye məhsulları istehsalçılarının qiymət indeksi yanvara nisbətən 0,8% azalsa da, yanvar-fevral aylarında 2007-ci ilin müvafiq dövrünə nisbətən 16,7% artıb. Cari ilin hesabat ayında mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4% təşkil edib. Bu sahədə istehsalçı qiymətləri neft və qaz hasilatı üzrə 0,4%, mədənçıxarma sənayesinin digər sahələri üzrə isə 0,2% bahalaşıb. Fevral ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 97,9%-ə bərabər olub və bu sahədə metallurgiya sənayesi və hazır metal məmulatların istehsalı üzrə qiymətlər 12,6%, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı üzrə qiymətlər 8,4%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə qiymətlər isə 3,7% ucuzlaşıb. Ay ərzində elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi sahəsində istehsalçı qiymətləri dəyişməz qalıb.
Qeyd edək ki, son bir ildə məhsul istehsalçıları qiymətlərinin ən böyük azalması sənayenin mədənçıxarma sahəsində qeydə alınıb – 56,6%, o cümlədən neft və qaz hasilatında bu enmə 56,9%-ə çatıb.
| 2009-cu ilin fevral ayı yanvar ayına nisbətən | 2009-cu ilin yanvar-fevralı 2008-ci ilin müvafiq aylarına nisbətən |
Sənaye məhsullarının istehsalçı qiymətləri indeksi | 99,7 | 59,2 |
Mədənçıxarma sənayesi | 100,4 | 43,4 |
o cümlədən: |
|
|
neft və qaz hasilatı | 100,4 | 43,1 |
mədənçıxarma sənayesinin digər sahələri | 100,2 | 106,1 |
Emal sənayesi | 97,9 | 99,9 |
o cümlədən: |
|
|
içki və tütün də daxil olmaqla qida məhsullarının istehsalı | 98,2 | 106,0 |
toxuculuq və tikiş sənayesi | 100,4 | 105,5 |
dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı | 91,6 | 105,3 |
oduncaqların emalı və ağacdan məmulatların istehsalı | 99,5 | 141,9 |
sellüloz-kağız istehsalı, nəşriyyat işi | 98,2 | 100,9 |
neft məhsullarının istehsalı | 100,0 | 100,3 |
kimya sənayesi | 99,3 | 81,1 |
rezin və plastik kütlə məmulatlarının istehsalı | 96,3 | 118,1 |
digər qeyri-metal mineral maddələrin istehsalı | 99,3 | 116,1 |
metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı | 87,4 | 92,9 |
maşın və avadanlıqların istehsalı | 99,3 | 109,1 |
elektrik avadanlığı, optik və elektron avadanlıqlarının istehsalı | 100,7 | 106,4 |
nəqliyyat vasitələri və avadanlıqlarının istehsalı | 99,7 | 100,4 |
emal sənayesinin digər sahələri | 103,7 | 98,2 |
Elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi | 100,0 | 101,7 |