Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti dünyanın 50 ən iri neft şirkətinin reytinqinə düşüb

Azərbaycan Dövlət Neft Şirkəti dünyanın 50 ən iri neft şirkətinin reytinqinə düşüb
# 18 mart 2009 13:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Böyük Britaniyanın «Energy Intelligence Group» (EIG) marketinq şirkəti dünyanın 50 böyük neft-qaz şirkətinin reytinqini tərtib edib. «APA-Economics»in EIG-nin veb-saytına istinadən verdiyi məlumata görə, reytinq tərtib olunarkən şirkətin fəaliyyəti, gəlirliliyi, istehsal həcmi və s. amillər əsas götürülüb. Reytinq cədvəli 2007-ci ilin təsdiqlənmiş balans hesabatları əsasında hazırlanıb. Reytinq cədvəlindəki dünyanın 50 böyük neft şirkətindən 27-si dövlətə məxsusdur.
Böyük neft şirkətlərinin ilk onluğuna Səudiyyə Ərəbistanın «Saudi Aramco», İranın NIOC, ABŞ-ın «Exxon Mobil», Venesuelanın PDV, Çinin CNPC, İngiltərənin BP, «Shell», ABŞ-ın «ConocoPhillips», «Chevron» və Fransanın «Total» şirkətləri daxildir.
Siyahıda Rusiyanın «Qazprom» şirkəti 13-cü yerdə, «LUKoil» 18-də, Özbəkistanın «Uzbekneftegaz» şirkəti 34-də, Azərbaycan Dövlət Neft Şirkəti 36-da, Qazaxıstanın «Kazmunaigas» şirkəti isə 50-ci yerdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR