Bank Of Baku

Azərbaycan sənayesində muzdlu işçilərin sayı yanvarda 4,5% azalıb

Azərbaycan sənayesində muzdlu işçilərin sayı yanvarda 4,5% azalıb
# 19 mart 2009 13:08 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sənaye müəssisələrində muzdlu işçilərin sayı 2009-cu ilin yanvar ayında 4,51% azalaraq 170 825 nəfərə çatıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Dövlət Komitəsinin hesabatına əsasən, yanvarda sənayedə ixtisara salınan 8 072 iş yerindən 87%-dən çoxu emal müəssisələrinin payına düşür. Onların sırasında DSK içki və tütün daxil olmaqla, qida məhsullarının istehsalı, toxuculuq və tikiş sənayesi, dəri və ayaqqabı, oduncaqların emalı və ağac məmulatları, neft məhsulları, rezin və plastmas məmulatları, hazır metal məmulatları, maşın və avadanlıqların istehsalı ilə məğqul olan müəssisələrdə azalma qeydə alıb.

Son bir ildə isə emal sənayesində muzdlu işçilərin azalması 4200 nəfərə yaxın olub. Eyni zamanda, neft sektoru üzrə ötən ili yanvar ayına nisbətən 0,9% azalma qeydə alınıb. Bu sahədə muzdla çalışanların sayı 42 346 nəfərdən 42 061 nəfərədək enib. Maraqlıdır ki, neft hasilatı və emalı ilə bağlı sənaye müəssisələrində məşğul olan Azərbaycan vətəndaşlarının sayı ötən ilin yanvar ayından cari ilin fevralın 1-nə 562 nəfər azalıb. Mədənçıxarma və emal sənayelərində qeydə alınan ixtisarlarla müqayisədə elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi ilə məşğul olan müəssisələrdə işçilərin azalması cəmi 354 nəfərə bərabər olub.

Qeyd etmək lazımdır ki, son bir ildə sənaye müəssisələrində muzdlu işçilərin sayı 2,9% azalıb, halbuki ötən ilin yanvarında 2007-ci ilin müvafiq ayına nisbətən bu göstəricidə 6,5% artım müşahidə olunub. Əlavə edək ki, cari ilin yanvar ayında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin siyahı sayı 1 407,7 min nəfər, orta siyahı sayı isə 1 363,2 min nəfər təşkil edib. Ötən ilin yanvar ayı ilə müqayisədə işçilərin siyahı sayı 2,24%, orta siyahı sayı isə 2,63% artıb. Müsbət dinamika iqtisadiyyatın dövlət bölməsində 12 min, özəl sektorda isə 22,9 min nəfər artan əlavə muzdlu işçi qüvvəsi ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR