Bank Of Baku

Azərbaycanda 24 kiçik su elektrik stansiyası tikiləcək

Azərbaycanda 24 kiçik su elektrik stansiyası tikiləcək
# 19 mart 2009 14:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda çayların və iri su axınlarının üzərində 24 kiçik su elektrik stansiyasının tikintisi üzrə proqram hazırlanıb. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-dən məlumat verilib.
Bu stansiyaların ümumi gücü 420-430 MVt təşkil edəcək.
Artıq «Azərenerji»nin Elmi Tədqiqat və Layihə Axtarış İnstitutu tərəfindən həmin stansiyaların yerləşəcəyi ərazilər, onların səmərəliliyi və s. məsələlər müəyyənləşdirilib.
Qeyd edək ki, hazırda Azərbaycanda 16 elektrik stansiyası fəaliyyət göstərir və enerji sisteminin ümumi gücü 5 740 MVt-dır. Stansiyalardan 11-i (4 772 MVt gücdə) istilik elektrik stansiyaları, 5-i isə (968 MVt) su elektrik stansiyasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR